Sabunçu rayonu Zabrat qəsəbəsində obyekt yanır.
“Qafqazinfo” xəbər verir ki, Zabratın mərkəzi küçəsində ikimərtəbəli tikilinin birinci mərtəbəsində qapı-pəncərə sexi kimi fəaliyyət göstərən obyektdə açıq alovla müşahidə edilən yanğın başlayıb.
Fövqəladə Hallar Nazirliyindən sorğumuza cavab olaraq bildirilib ki, “112” qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində avtomobil təmiri sexində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.