“Real” qapıçısı Tibo Kurtua ilə yaxın vaxtlarda müqavilə uzadacaq.
İdmanxeber.az-ın məlumatına görə, belçikalının yeni sözləşməsi 2028-ci ilin yayına kimi qüvvədə olacaq. Kurtua 2018-ci ilin avqust ayından “Real”da çıxış edir.
Bu mövsüm o, bütün turnirlərdə 43 oyu keçirib, 48 qol buraxıb. Qolkiperin Madrid klubu ilə hazırkı müqaviləsi 2026-cı ilin yayında başa çatır.