
Suriya Prezidenti Əhməd Əş-Şəraa BƏƏ, Bəhreyn, Mərakeş və Sudan kimi "İbrahim Razılaşmalarına" qoşulmaqdan imtina edib.Amerikalı konqresmen Kori Millsin İsraillə münasibətlərin normallaşdırılması barədə sualına cavab olaraq Əhməd Əş-Şəraa bildirib ki, ilk növbədə ABŞ Suriyanın işlərinə müdaxiləni dayandırmalıdır, — deyə Levant24 agentliyi xəbər verir."Əvvəlcə onlar Suriyaya müdaxiləni, bombalamaları dayandırmalı və işğal etdikləri Suriya torpaqlarından ordularını çıxarmalıdırlar. Yalnız bundan sonra biz razılaşma imzalanması məsələsini müzakirə edə bilərik", — deyə prezident vurğulayıb.O əlavə edib ki, "İbrahim Razılaşmalarını" imzalayan ölkələrin əraziləri İsrail tərəfindən işğal olunmayıb, Suriyada isə vəziyyət tam fərqlidir.✍️"Ulusum".az
Diqqət Çəkənlər
Ələkbər Tağıyev: Musiqiyə Könül Verən Hüquqşünasın 100 İllik İrsi - VİDEO
Barselonada Metroda Şok: Yüzlərlə Sərnişin Tunellərdə İlişib Qaldı
Yumurtaların Dondurulması: Reproduktiv Ömrünüzü Uzatmanın Sirri!