Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib.
90deqiqe.Az xəbər verir ki, “Sabah” komandası həlledici raundda iştirak hüququ qazanıb. Paytaxt təmsilçisi yarımfinal mərhələsinin ikinci oyununda səfərdə “Şəki”ni 96:72 hesabı ilə məğlub edib. Bakı klubu ilk görüşdə də qalib gəlmişdi – 86:73. Beləliklə, “Sabah” finala vəsiqə qazanıb.
İkinci yarımfinal qarşılaşmasında “Neftçi” və “Abşeron” komandaları qarşılaşacaq. Oyun saat 19:00-da başlayacaq. İlk matçda “ağ-qaralar”ın 97:93 hesablı qələbəsi ilə yekunlaşmışdı.