İran hakimiyyəti Şəhid Rəcai limanındakı partlayışın səbəbinin təxribat və ya FPV-dronlarla zərbə ola biləcəyini istisna etmir.
İndex.az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkə parlamentinin milli təhlükəsizlik və xarici siyasət komitəsinin üzvü Məhəmməd Mehdi Şəhriyari bildirib.
“Hadisə FPV dronları səbəbindən də baş verə və ya xaricdən daxil olan insanların iştirakı ilə təxribatın nəticəsi ola bilər. Əsas versiyalardan biri partlayışın FPV dronlarının endirdiyi zərbə və ya təxribatçıların sızması kimi təxribat nəticəsində baş verməsidir”, – deputat “Rouydad 24” portalına müsahibəsində bildirib.
Xatırladaq ki, aprelin 26-da Bəndər-Abbas şəhərində Şəhid Rəcai limanında güclü partlayış baş verib. İran Daxili İşlər Nazirliyi hadisənin səhlənkarlıq nəticəsində baş verdiyini bildirib. Partlayış və yanğın nəticəsində 70 nəfər həlak olub.