Britaniyalı boksçu Ross Kitçenin Türk taksi sürücüsü Kadir Biçerə qəfil hücum edərək onu ölümcül hala salmasının görüntüləri ortaya çıxıb.
Ulusal.az xəbər verir ki, görüntülərdə taksinin içərisində başlayan mübahisənin çöldə də davam etdiyi görünür.
Hadisə İstanbulun Eyüpsultan ərazisində baş verib. Xəstəxanaya aparılan və üzündəki bütün sümüklərin qırıldığı bildirilən taksi sürücüsü Kadir Biçerin səhhətinin vəziyyəti ağır olaraq qalır. İngilis boksçu isə qısa müddətdə saxlanılaraq həbs edilib.
Hadisənin görüntülərini təqdim edirik.Medianews.az
Video Oynadıcı