AZ

Putinə xəbərdarlıq: Trampla oyun oynama

BAKI, 29 aprel. TELEQRAF

ABŞ Prezidenti Donald Trampın səbrinin tükənməsi Rusiyanı Ukraynada atəşkəslə bağlı oyun oynamağı dayandırmağa məcbur etməlidir.

Teleqraf xəbər verir ki, bunu Finlandiya Prezidenti Aleksandr Stubb deyib.

Finlandiya xatırladıb ki, ABŞ prezidenti artıq atəşkəsdən yayınmağa çalışan Kremlə qəzəblənib.

Stubbun sözlərinə görə, Trampla ABŞ-dəki sonuncu görüşündə Rusiyaya qıcıqlandığını hiss edib.

“Prezidentin səbri tükənmək üzrədir, artıq biz ondan Putin və Rusiya haqqında kifayət qədər sərt bəyanatlar eşitmişik. Ona görə də ümid edirəm ki, Kreml Prezident Trampla oynamağın mənasız olduğunu başa düşəcək. Bu, işləri düzgün istiqamətə yönəldə, Rusiyanı oyun oynamağı dayandırmağa məcbur edə bilər”, - Finlandiya prezidenti vurğulayıb.

Seçilən
4
teleqraf.com

1Mənbələr