AZ

“Real” “Arsenal”ın müdafiəçisini istəyir

“Real” “Arsenal”ın müdafiəçisi Uilyam Salibanın transferində maraqlıdır.

İdmanxeber.az-ın məlumatına görə, prezident Florentino Peres 24 yaşlı fransızı yayda heyətə cəıb etmək istəyir. Saliba 2019-cu ildən “Arsenal”da çıxış edir. Bu mövsüm bütün turnirlərdə 46 oyun keçirib və 2 qol vurub.

Müdafiəçinin “topçular”la müqaviləsi 2027-ci ilin yayında başa çatır. “Transfermarkt” onun bazar qiymətini 80 milyon avro qiymətləndirir.

Seçilən
2
idmanxeber.az

1Mənbələr