AZ

Türkiyə millisinin üzvü İngiltərə nəhənginin hədəfində: 100 milyonluq plan

"Yuventus" klubunun türkiyəli hücumçusu Kənan Yıldız İngiltərə Premyer Liqasında çıxış edə bilər.

Publika.az xəbər verir ki, bu barədə "deadlinedaylive" məlumat yayıb.

"Çelsi" klubu futbolçu ilə maraqlanır. “Zadəganlar”ın rəhbərliyi 19 yaşlı futbolçunun transferi üçün 100 milyon avro civarında məbləğ ödəməyə hazırdır.

Kənanın “qoca sinyora” ilə müqaviləsi 2029-cu ilin yayında başa çatır. İtaliya çempionatının cari mövsümündə hücumçu 33 matçda iştirak edib, 6 qol vurub və iki məhsuldar ötürmə edib.

Seçilən
2
publika.az

1Mənbələr