Bakı. Trend:
Cari ilin birinci rübündə Azərbaycanda fəaliyyət göstərənbanklar kredit faizlərindən 897,8 milyon manat gəlir əldə edib.
Trend bubarədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə168,7 milyon manat və ya 23,1% çoxdur.
Belə ki, 2024-cü ilin yanvar-mart aylarında Azərbaycandafəaliyyət göstərən banklar kredit faizlərindən 729.1 milyon manatgəlir əldə etmişdi.
Bu ilin yanvarında banklar kredit faizlərindən 294,9 milyonmanat, fevralında 298,5 milyon manat, martda isə 304,4 milyon manatgəlir əldə edib.
Qeyd edək ki, cari ilin mart ayının sonuna bankların ümumikredit portfeli 27,9 milyard manat olub. Bunun 14,9 milyardmanatını biznes kreditləri, 8,6 milyard manatını istehlakkreditləri, 4,4 milyard manatını isə ipoteka kreditləri təşkiledib.