AZ

ABL: İlk finalçı məyyənləşdi

Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib.

Fanat.Az xəbər verir ki, "Sabah" həlledici raundda iştirak hüququ qazanıb.

Paytaxt təmsilçisi yarımfinal mərhələsinin ikinci oyununda səfərdə "Şəki"ni 96:72 hesabı ilə yenib. Bakı komandası ilk matçda da qalib gəlmişdi - 86:73.

İkinci yarımfinal qarşılaşmasında "Neftçi" və "Abşeron" komandaları münasibətlərə aydınlıq gətirəcəklər. Oyun saat 19:00-da başlayacaq. İlk matç "ağ-qaralar"ın 97:93 hesablı qələbəsi ilə yekunlaşıb.

Seçilən
2
2
fanat.az

8Mənbələr