AZ

Basketbol Liqasında ilk finalçı - “Sabah”!

Kişilər arasında təşkil olunmuş Azərbaycan Basketbol Liqasında 2024/2025-ci illər mövsümünün ilk finalçısı müəyyənləşib.

Arena.az xəbər verir ki, son mövsümlərin qalibi olmuş “Sabah” bu mövsüm də həlledici raundda iştirak hüququ qazanıb.

Paytaxt təmsilçisi yarımfinal mərhələsinin ikinci oyununda səfərdə “Şəki”ni 96:72 hesabı ilə üstələyib. Bakı klubu ilk görüşdə də qalib gəlmişdi – 86:73.

İkinci yarımfinal qarşılaşmasında “Neftçi” və “Abşeron” komandaları münasibətlərə aydınlıq gətirəcəklər. Bakı İdman Sarayında keçiriləcək oyuna saat 19:00-da start veriləcək. İlk matç “ağ-qaralar”ın 97:93 hesablı qələbəsi ilə yekunlaşıb.

Azərbaycan Basketbol Liqası
Yarımfinalın ikinci oyunları
29 aprel

“Şəki” – “Sabah” 72:96 (10:19, 14:31, 22:31, 26:15)
Şəki Olimpiya İdman Kompleksi.
Seriyada hesab – 0:2.

19:00. “Abşeron” – “Neftçi”
Bakı İdman Sarayı.
Seriyada hesab – 0:1.

Seçilən
2
arena.az

1Mənbələr