Qazaxıstan və ABŞ Trampın tətbiq etdiyi tariflərlə bağlı məsləhətləşmələrə başlayıb.
Qazaxıstan hökuməti prezident Trampın ölkəyə tətbiq etdiyi əlavə tariflərlə bağlı ABŞ-la danışıqlara başlayıb. Bu barədə Ticarət və İnteqrasiya Nazirliyinin Xarici Ticarət Fəaliyyəti Departamentinin direktor müavini Aşitov məlumat verib. “Belə birtərəfli tədbirlərin nəticələrini minimuma endirmək üçün bu məsələ Ümumdünya Ticarət Təşkilatı (ÜTT) kimi beynəlxalq forumlarda nəzərdən keçiriləcək”.
Departament qeyd edib ki, hazırda Qazaxıstanın ABŞ-dakı səfirliyi səviyyəsində məsləhətləşmələr aparılır. Aşitovun sözlərinə görə, rüsumların Qazaxıstanın ixracına əhəmiyyətli dərəcədə təsir edəcəyini düşünməyə əsas yoxdur, lakin buna baxmayaraq, Amerika tərəfi ilə bu məsələ ilə bağlı danışıqlar davam etdiriləcək.
Trampın əlavə rüsumlar tətbiq etdiyi ölkələr siyahısına Qazaxıstan da daxil edilib (27%).