AZ

Naftalanda Şəhid atası ziyarət edildi - FOTO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, Şəhər Polis Şöbəsinin rəisi və Şəhər Məhkəməsinin sədri ilə birgə şəhərin Qaşaltı Qaraqoyunlu kənd sakini, 44 günlük Vətən Müharibəsi Şəhidi Elyəddin Cəfərovun atası Zöhrab Cəfərovu səhhətində yaranan narahatlıqla əlaqədar evində ziyarət edib.


Ziyarət zamanı şəhid atasının səhhəti və ailənin sosial qayğıları ilə maraqlanılıb, torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən hər bir vətən övladının xatirəsinin həmişə uca tutulacağı qeyd edilib.


Qeyd edək ki, Elyəddin Cəfərov 24 may 1995-ci ildə Qaşaltı Qaraqoyunlu kəndində anadan olub. Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən (ölümündən sonra) “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü”, “Vətən uğrunda” medalları ilə təltif olunub.


Fotoları təqdim edirik
Tarix: 29 Aprel 2025, 16:28   
Seçilən
2
pravda.az

1Mənbələr