Bakı. Trend:
Xətai rayonu, Süleyman Vəzirov küçəsinin bir hissəsində (XəqaniRüstəmov küçəsilə kəsişməsindən Babək prospektinə qədər) bu günaxşam saatlarından etibarən hərəkət məhdudlaşdırılacaq.
Bu barədə Trend-ə AAYDA-nin İctimaiyyətlə əlaqələr şöbəsininrəisi Anar Nəcəfli məlumat verib.
Bildirilib ki, hərəkətin məhdudlaşdırılması təmir işləribitənədək qüvvədə olacaq.
"Sürücülərdən aparılan işlərə anlayışıla yanaşmaları və öncədənhərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadəetmələri xahiş olunur",- deyə o əlavə edib.