Azərbaycan Gürcüstandakı səfirliyində təhsil məsələləri üzrə müşavir vəzifəsi təsis edilib.
Moderator.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Bundan başqa, Azərbaycanın Almaniya və Fransadakı səfirliklərində təhsil məsələləri üzrə müşavir vəzifələri ləğv olunub.
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.