
Goldman Sachs Group-un baş direktoru David Solomon, ABŞ-dakı bazar qeyri-müəyyənliklərinə baxmayaraq, dolların ehtiyat valyuta statusunu itirmə ehtimalının olmadığını söylədi.
Goldman Sachs-ın baş direktoru David Solomon, ABŞ bazarlarındakı qeyri-müəyyənliklərə baxmayaraq, dolların ehtiyat valyuta statusunu qoruyacağını və Xəzinə istiqrazlarının etibarlı sığınacaq olaraq qalacağını bildirib.
Bloomberg TV-yə danışan Solomon, ABŞ Xəzinədarlığı istiqrazlarının da "tamamilə təhlükəsiz sığınacaq" olaraq qaldığını vurğulayıb.
Norveç Suveren Fondu tərəfindən Osloda keçirilən illik investisiya konfransında danışan Solomon, "ABŞ dolları ehtiyat valyuta olaraq qalmağa davam edəcək. Xəzinə varlıqları hələ də etibarlı bir sığınacaq olaraq görülür" deyib.