Türkiyənin Antalya şəhərində rusiyalı turistləri daşıyan avtobus aşıb. Hadisə anı yaxınlıqdakı təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.
Milli.Az xəbər verir ki, bu barədə "Shot" teleqram kanalı məlumat yayıb.
Məlumata görə, avtobusda ümumilikdə 25 nəfər olub - 22 böyük və 3 uşaq. Qəza nəticəsində 17 nəfər xəsarət alıb və onlar Antalyada müxtəlif xəstəxanalara yerləşdiriliblər.
Təhlükəsizlik kamerasının görüntülərində avtobusun yoldan çıxaraq xəndəyə düşdüyü və aşdığı görünür.
İlkin ehtimala görə, sürücü idarəetməni itirib.
Qəza ilə bağlı araşdırma aparılır.
Milli.Az