Oğuz rayonun çaqqal 56 yaşlı sakinə hücum edib.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Xalxalqışlaq kəndində baş verib.
Kənd sakini 1969-cu il təvəllüdlü Nakam Muradov axşam saatlarında işdən evə qayıdarkən kənd ərazisində çaqqalın hücumuna məruz qalıb. Nəticədə vəhşi heyvan N.Muradovun sol ayağına xəsarət yetirib.
Xəsarət alan N.Muradova Oğuz Rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulub.
Kənd sakinləri "Report"un yerli bürosuna bildiriblər ki, çaqqalların kənd ərazisində insanlara hücumu tez-tez qeydə alınır.