Türkiyə-İran sərhədində 2 kilometr uzunluğunda yük maşını növbəsi var
İran tərəfində günlərdir yaşanan sistem problemi səbəbilə Hakkarinin Yüksekova rayonundakı Esendere Gömrük Qapısında 2 kilometr uzunluğunda yük maşını növbəsi yaranıb.
Esendere Sərhəd Qapısında gözləyən yük maşınlarının növbəsi təxminən 2 kilometrə çatıb. Yük maşını sürücüləri Esendere Sərhəd Qapısından İrana keçmək və yüklərini çatdırmaq üçün növbə gözləyirlər.
Yük maşınlarının növbəsi olduğunu bildirən Hasım Han, "Yüksəkovadan günorta saatlarında Esenderəyə gedəndə 2 kilometri keçən yük maşınları növbəsi var idi. Soruşduğumuzda bunun İrandan qaynaqlandığını dedilər. İnşallah bu da tezliklə bitər və yollarına davam edərlər" dedi.
aia.az
Tərcümə şöbəsi