BAKI, TurkicWorld
Türkiyə və İtaliya arasında Hökumətlərarası Zirvə başlayıb.
TurkicWorld xəbər verir ki, İtaliyanın paytaxtı Romada Prezident Rəcəb Tayyib Ərdoğan və İtaliyanın Baş naziri Giorgia Melonun sədrliyi ilə 4-cü Türkiyə–İtaliya Hökumətlərarası Zirvə toplantısı başlayıb.
Görüş mətbuata qapalı şəkildə Villa Pamphili iqamətgahında keçirilir.
Zirvə toplantısında Türkiyə tərəfdən xarici işlər naziri Hakan Fidan, ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş, gənclər və idman naziri Osman Aşkın Bak, mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy, milli müdafiə naziri Yaşar Gülər, sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır, həmçinin müxtəlif sahələr üzrə müşavirlər və rəsmi nümayəndələr iştirak edirlər.
Qeyd edək ki, bu formatda keçirilən hökumətlərarası görüşlər iki ölkə arasında siyasi, iqtisadi və müdafiə sahələrində əməkdaşlığın dərinləşdirilməsini hədəfləyir. Əvvəlki zirvə 2020-ci ildə keçirilmişdi.