AZ

Zabuxçay su anbarının tikintisi yekunlaşmaq üzrədir

Əliağa Əzizov bildirib ki, ölkə ərazisində formalaşan su ehtiyatlarının təqribən 25%-i Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının payına düşür.

Artıq Zabuxçay su anbarının tikintisi yekunlaşmaq üzrədir

Operativ Media xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin nümayəndəsi Əliağa Əzizov bu gün Bakıda keçirilən Bakıda Milli Biznesin İnkişafı Forumunda deyib.

O bildirib ki, ölkə ərazisində formalaşan su ehtiyatlarının təqribən 25%-i Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının payına düşür: "İşğal dövründə bu ərazilərimizdə su təsərrüfatı sektoru ciddi ziyan görmüşdür. Bu səbəbdən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 5 su anbarının yenidən bərpası həyata keçirilib. 3 su anbarının tikintisinin isə texniki-iqtisadi əsaslandırılması davam etdirilir. Yəni, hazırda Zabuxçay, Həkəriçay və Bərgüşadçay su anbarlarında texniki-iqtisadi əsaslandırma işləri aparılmaqdadır. Həmçinin artıq Zabuxçay su anbarının tikintisi işləri yekunlaşmaq üzrədir".

Seçilən
2
operativmedia.az

1Mənbələr