AZ

Aynur İmanova: “Mövsümün ortasında mənə təklif gəldi”

"Yeni komandanın yaranması milli komandaya da müsbət təsir edəcək".

İdman.biz xəbər verir ki, bunu yeni yaranan "DH Volley Baku"nun kapitanı Aynur İmanova klubun təqdimat mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.

O, yeni komandası haqqında fikirlərini bölüşüb: "Bizim üçün sevindirici haldır ki, daha bir voleybol komandası yaranır. Mövsümün ortasında mənə təklif gəldi. Bildiyiniz kimi, ardıcıl üç ildir "Azərreyl"də çıxış etmişəm. Karyeramda bir dəyişiklik etmək istədiyim üçün bu təklifi qəbul etdim. Çempionluq bu komandanın əsas hədəfidir. Mən də bu məqsəd üçün əlimdən gələni edəcəyəm".

Qeyd edək ki, “DH Volley Baku” növbəti mövsümdə qadın voleybolçuların Yüksək Liqasında debüt edəcək.

Aytac Sahəd
İdman.biz

Seçilən
3
idman.biz

1Mənbələr