"Ümummilli lider Heydər Əliyev hər zaman dil məsələsinə xüsusi önəm vermiş, dilimizi sadəcə ünsiyyət vasitəsi deyil, həm də xalqımızın tarixinin, mədəniyyətinin və kimliyinin daşıyıcısı kimi qiymətləndirmişdir".
Bu barədə Sherg.az-a açıqlamasında Milli Məclisin üzvü Şahin Seyidzadə deyib.
Deputat bildirib ki,dil xalqın ruhunun, düşüncə tərzinin ifadəsidir:

"Bir xalqın dili nə qədər zəngin və qorunmuş olarsa, onun milli varlığı da bir o qədər möhkəm olar. Ana dili, xalqın keçmişinin, bu gününün və gələcəyinin təməl sütunlarından biridir. Azərbaycan dili də xalqımızın minilliklər boyu formalaşmış ən qiymətli sərvətlərindən biridir. Onagörə də hər bir azərbaycanlı bu dilə sahib çıxmalı, onu qorumalı və gələcək nəsillərə olduğu kimi çatdırmalıdır. Bu baxımdan ulu öndər Heydər Əliyevin ana dilimizə verdiyi dəyər, göstərdiyi qayğı müstəsna əhəmiyyətə malikdir. Onun sayəsində Azərbaycan dili tarix boyu qarşılaşdığı çətinliklərə baxmayaraq, bu gün öz yüksək inkişaf mərhələsinə çatmışdır. Heydər Əliyevin Azərbaycan dilinə olan sevgisi və ehtiramı onun fəaliyyətinin bütün dövrlərində özünü göstərmişdir. 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrdə o, müxtəlif yüksəksəviyyəli tədbirlərdə Azərbaycan dilində çıxış etməklə cəmiyyətə güclü bir mesaj vermişdi: anadilinə hörmət hər kəs üçün vacibdir. O zaman, rus dilinin daha üstün mövqedə olduğu bir şəraitdə Azərbaycan dilində çıxışlar etmək böyük cəsarət tələb edirdi. Ulu öndər eyni zamanda rusdilli məktəblərdə də Azərbaycan dilinin tədrisini təşviq etmişdi. 1978-ci ildə Heydər Əliyevin təşəbbüsü və qətiyyəti ilə qəbul olunan Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinə rəsmi status verilməsi isə dil tariximizin ən mühüm hadisələrindən biridir. Bu hadisə, Azərbaycan xalqının milli kimliyinin qorunması üçün atılmış böyük bir addım oldu. Beləliklə, Azərbaycan Sovet İttifaqında ana dilini rəsmi səviyyədə tanıtdıran azsaylı respublikalardan birinə çevrildi. Bu dövrdə dilçilik elminin inkişafı da diqqətdən kənarda qalmadı. “Müasir Azərbaycan dili” çoxcildliyi hazırlandı və bu əsərlər ali məktəblər üçün əsas dərs vəsaitinə çevrildi. Bu sahədəki elmi nailiyyətlər dövlət səviyyəsində dəstəklənərək, Azərbaycan Dövlət mükafatı ilə təltif olundu. Dilimizin sistemli şəkildə öyrənilməsi və araşdırılması onun gələcək inkişafı üçün möhkəm zəmin yaratdı".
Parlament üzvü vurğulayıb ki, Heydər Əliyev üçün dil məsələsi sadəcə bir mədəniyyət məsələsi deyil, həmdə dövlətçilik vəmilli kimlik məsələsi idi:
"O, ana dilinin dövlət quruculuğunun təməl prinsiplərindən biri olduğunu dönə- dönə vurğulayırdı. Dil siyasəti onun rəhbərlik etdiyi bütün dövrlərdə xüsusi diqqət mərkəzində olmuşdur. 1980-ci illərin sonlarında baş verən milli azadlıq hərəkatı dövründə Azərbaycan dili artıq xalqın birliyinin və mübarizəsinin rəmzinə çevrildi. Bu prosesin arxasında isə Heydər Əliyevin illərlə apardığı məqsədyönlü siyasət dayanırdı. 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdan ulu öndər, Azərbaycanı bütün sahələrdə olduğu kimi, dil sahəsində də yeni inkişaf mərhələsinə çıxardı. Onun təşəbbüsü ilə dil siyasəti sistemləşdirildi, mütəxəssislərin iştirakı ilədil problemləri geniş müzakirə olundu və bu sahədə mühüm qərarlar qəbul edildi. Müstəqil Azərbaycanın dil siyasətinin formalaşmasında Heydər Əliyevin xidmətləri danılmazdır. Onun “Dil millətin varlığının təməlidir” fikri ana dilinin dövlət siyasətindəki yerini və əhəmiyyətini dəqiq ifadə edir. 1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikasının KonstitusiyasındaAzərbaycan dili dövlət dili kimi təsbit olundu. Bu, ana dilimizin hüquqi statusunu daha damöhkəmləndirdi və onun gələcək inkişafı üçün güclü hüquqi baza yaratdı. 2001-ci ildə Heydər Əliyevin imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman isə ana dilimizin qorunması və inkişafı istiqamətində yeni bir mərhələ açdı. Bu fərman nəticəsində dövlət idarələrində və cəmiyyət həyatının bütün sahələrində Azərbaycan dilinin tətbiqi təmin edildi. Həmin dövrdə latın qrafikasına keçid məsələsi də uğurla həyata keçirildi və nəticədə Azərbaycan dili öz müasir inkişaf mərhələsinə qədəm qoydu. 2001-ci ilin avqustunda Heydər Əliyev tərəfindən imzalanan Sərəncama əsasən, avqustun1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilməyə başlandı. Bu qərar dil tariximizdə əlamətdar bir hadisədir və ana dilinə dövlət səviyyəsində verilən yüksək dəyərin təzahürüdür. Ulu öndər xaricdə yaşayan azərbaycanlılarla görüşlərində də dəfələrlə vurğulayırdı ki, harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı öz ana dilinə sahib çıxmalı, onu qoruyub gələcək nəsillərə ötürməlidir. Onun fikrincə, ana dilinin qorunması milli mənsubiyyətin, milli şüurun əsas göstəricisidir".
Ş.Seyidzadə əlavə edib ki, bu gün Prezident İlham Əliyev də ümummilli liderin müəyyən etdiyi dil siyasətini uğurla davam etdirir:
"Latın qrafikasına uyğunlaşdırılmış kütləvi nəşrlərin həyata keçirilməsi, Azərbaycanədəbiyyatının klassik nümunələrinin yeni nəşrləri, dövlət qurumlarında ana dilinin tətbiqinin genişləndirilməsi bu siyasətin davamlılığını təmin edir. 2004-cü ildə imzalanmış “Azərbaycandilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncambu istiqamət də mühüm addım olmuşdur. Beləliklə, Azərbaycan dili yalnız keçmişimizin yadigarı deyil, həm də müstəqil dövlətçiliyimizin ən əsas rəmzlərindən biridir. Onun qorunması və inkişafı həm ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir, həm də bu günümüz və gələcəyimiz üçün strateji əhəmiyyət kəsb edir.