AZ

İranda partlayış: Ölən var

İranın İsfahan vilayətində fabrikdə partlayış baş verib.

News24.az İSNA-ya istinadən xəbr verir ki, partlayış nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

İsfahan valiliyi Böhranların İdarə Edilməsi üzrə baş direktoru Mensur Şişefuruş Şahinşəhrdə baş verən partlayışla bağlı açıqlama verib. 

Şişefuruş partlayışın yerli vaxtla saat 10:30-da Şahinşəhrdəki bir fabrikin anbarında baş verdiyini və təcili yardım qruplarının bölgəyə göndərildiyini bildirib.

İran rəsmisi fabrikin fəaliyyət göstərdiyi ərazi ilə bağlı təfərrüatları açıqlamasa da, partlayışın səbəbinin araşdırıldığını bildirib.

Günel Məlikzadə


Seçilən
4
news24.az

1Mənbələr