AZ

Azərbaycan və İtaliya arasında inşaat sektorunda gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib (FOTO)

Bakı. Trend:

Aprelin 29-da Milli Məclisin sədrinin birinci müavini ƏliƏhmədov İtaliya parlamentinin Parlamentlərarası İttifaq yanındaAzərbaycanla dostluq qrupunun üzvləri ilə görüşüb.

Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətləəlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, qonaqları salamlayan Milli Məclis sədrininbirinci müavini Əli Əhmədov İtaliya və Azərbaycan arasındaiqtisadi, mədəni və siyasi sahələrdə yüksək səviyyəli əməkdaşlığınmövcud olduğunu vurğulayıb. O, parlamentlərarası əlaqələrin ikiölkə arasında iqtisadi və siyasi dialoqun inkişafına müsbət təsirgöstərdiyini bildirib. Əli Əhmədov İtaliyaya Azərbaycan neft vəqazının ixracını iki ölkə arasında etibarlı tərəfdaşlığın bariznümunəsi kimi dəyərləndirib. O, həmçinin Azərbaycan ərazilərinin 30il müddətində işğalda olduğu dövrdə İtaliyanın ölkəmizə göstərdiyidəstəyi xüsusi qeyd edib.

İtaliya Deputatlar Palatasının Ətraf mühit, ərazi və ictimaiişlər komitəsinin üzvü Salvatore Kayata nümayəndə heyəti adındangöstərilən səmimi qonaqpərvərliyə görə minnətdarlığını ifadə edib.O, İtaliya və Azərbaycan dövlət başçılarının qarşılıqlısəfərlərinin ikitərəfli münasibətlərin inkişafında mühüm roloynadığını xüsusi vurğulayıb. Salvatore Kayata İtaliya vəAzərbaycan arasında inşaat sektorunda gələcək əməkdaşlıqperspektivlərinə toxunaraq, bu sahədə birgə layihələrin hər ikiölkənin iqtisadi inkişafına mühüm töhfə verəcəyini bildirib.

Görüşün sonunda tərəflər Azərbaycan-İtaliya münasibətləriningələcəkdə daha da inkişaf edəcəyinə və qarşılıqlı əməkdaşlığın yeniperspektivlər qazanacağına dair ümidlərini ifadə ediblər.

Görüşdə Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçiqrupunun rəhbəri Azər Kərimli və digər rəsmi şəxslər iştirakediblər.

Azərbaycan
Azərbaycan
Azərbaycan
Seçilən
2
4
az.trend.az

7Mənbələr