Avropa ABŞ-ın Ukraynanı maliyyələşdirməkdən mümkün imtinasından qorxmur. Rusiyanın Avropada dondurulmuş vəsaitləri uzun illər üçün bəs edəcək.
Herbiand.az bildirir ki, bunu Ukrayna Ali Radasının keçmiş deputatı Oleq Tsarev deyib.
“ABŞ o qədər də böyük töhfə vermədi. Bütün dövr ərzində haradasa birbaşa yardım və subsidiyalar (kreditləri nəzərə almasaq) ABŞ-dan 58 milyard dollar təşkil edib. İldə təxminən 20 milyard dollar. Bu, çoxdurmu? Xeyr” - Tsarev bildirib.
Keçmiş deputat qeyd edib ki, Rusiyanın Avropadakı hesablarında dondurulmuş yüz milyardlarla qızıl və valyuta vəsaiti Ukrayna münaqişəsinin indiki intensivliyini 15 ilə qədər maliyyələşdirmək üçün kifayət edəcək: “Ona görə də onlar ABŞ-ın maliyyələşdirməni dayandırmasından qorxmurlar”.
Bəxtiyar CƏFƏRLİ