"İrana istənilən hücum barıt çəlləyini alovlandırmaq deməkdir və bu da bütün regionu partladacaq".
"Azad İran" "Telegram" kanalının xəbərinə görə, bu sözləri İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf İsrailin Baş naziri Benyamin Netanyahunun son açıqlamalarına toxunaraq deyib.
O, region ölkələrini hədələyib.
"Region ölkələrindəki bütün ABŞ bazaları İranın cavabının təsiri altındadır", - deyə Məhəmməd Baqir Qalibaf əlavə edib.
Xatırladaq ki, Benyamin Netanyahu ötən gün İranın nüvə infrastrukturu ilə bağlı fikir bildirib.
"Biz İranın nüvə infrastrukturunu məhv etməliyik. Bu onların sentrifuqalarını məhv etmək və ya toplamaq, həmçinin daha əvvəl zənginləşdirilmiş nüvə materialını müsadirə etmək deməkdir", - deyə Netanyahu qeyd edib.