AZ

Azərbaycanda yeni yaranan voleybol komandasının baş məşqçisi hədəfləri açıqlayıb

Yeni yaranan "DH Volley Baku" voleybol komandasının baş məşqçisi Fərid Cəlalov qarşıdakı hədəflərdən danışıb.

"Report" xəbər verir ki, o, bu barədə klubun təqdimat mərasimində bildirib.

F. Cəlalov yeni klubun yaranmasının sevindiri hal olduğunu söyləyib:

"Klubun artıq xeyli üzvü yerlidir. Gəncləri dəvət etməyi də düşünürük. Hədəflərə gəlincə, istər oyunçular istər məşqçilər olsun, həmişə final oynamağı düşünürük. Sentyabrdan məşqlərə başlayacağıq. Büdcə barəsində bir söz deyə bilmərəm. Təbii ki legionerlər də dəvət edəcəyik. Bu daha yaxşı oynamaq və gənclərin də onlardan təcrübə qazanması üçün vacibdir".

Seçilən
0
1
report.az

2Mənbələr