AZ

Real Madrid-in ulduzu uzaqlaşdırıldı

"Real Madrid" İspaniya kubokunun finalında "Barselona" ilə matçda zədələnən Antonio Rüdigerdən pis xəbər gəlib.

News24.az xəbər verir ki, Rüdiger "Barselona" ilə matçda sol ayağından zədələndiyi üçün oyunu davam etdirə bilməyib. 

Real Madrid, alman oyunçunun sol ayağının xarici menisküsünün qismən yırtığı səbəbindən əməliyyat olunduğunu açıqlayıb. 

Alman futbolçu 2 ay yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, bu mövsüm 49 dəfə "Real Madrid" formasını geyinən Rüdiger 3 qol vurub, 1 məhsuldar ötürmə edib.

Günel Məlikzadə

Seçilən
3
news24.az

1Mənbələr