Şəhərin mərkəzində yeni və köhnə tikili binalarda mənillər satışa çıxarılıb. Qiyməti isə cəmi 104 min, 70 min manat və ya daha aşağı olur.
"Referans" xəbər verir ki, söhbət hərrac yolu ilə satışa çıxarılan evlərdən gedir. Nəzərə alsaq ki, son illər mənzil bazarında qiymət artımı pik həddədir, bu cür aşağı təklif, təbii ki, arzuolunandır.
Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyir ki, Bakıda mənzillərin hərrac yolu ilə satılması, əsasən, iki yolla həyata keçirilir. Bunlardan biri dövlət əmlakının özəlləşdirilməsi, digəri isə şəxsi mülklərn hərrac yolu ilə satışa çıxarılmasıdır.
Daha ətraflı süjetdə: