AZ

Albaniyalı forvard: “Növbəti mövsümü də “Qarabağ”da keçirəcəyəm”

"Qarabağ"ın albaniyalı hücumçusu Redon Cica klubdakı gələcək karyerası barədə açıqlama verib.

Bizim.Media xəbər verir ki, təcrübəli legioner daha 1 il müqaviləsinin qaldığını deyərək klubu tərk etmək fikrində olmadığını bildirib:

“Qarabağ”dakı gələcəyim haqda çox danışılır. Sadəcə onu deyim ki, gələn ilin yayında başa çatacaq cari müqaviləm var. Ona görə də növbəti mövsümü “Qarabağ”da keçirəcəm”.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
1
16
bizim.media

10Mənbələr