ABŞ prezidenti Donald Tramp Ukrayna münaqişəsinə son qoymaq və bunun üçün Rusiya və Ukraynaya lazımi təzyiq göstərmək əzmindədir.
Editor.az xəbər verir ki, bunu Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Maykl Vals Fox News radiosuna müsahibəsində deyib.
“ABŞ prezidenti müharibəni dayandırmağa sadiqdir və hər iki tərəfə müharibəni bitirmək üçün lazım olan istənilən təzyiqi göstərməyə hazırdır”, – deyə rəsmi bildirib.
O, Ukraynada sülhün əldə edilməsinin çətin olduğunu, lakin prosesin davam etdiyini bildirib.
ABŞ-ın vitse-prezidenti J.D.Vens bir gün əvvəl bloqqer Çarli Kirklə müsahibəsində bildirmişdi ki, Ukraynaya qarşı hərbi əməliyyatların davam etdirilməsi nüvə eskalasiyasına səbəb ola bilər. Siyasətçinin fikrincə, Ukrayna münaqişəsinə son qoymaq Vaşinqtonun rəsmi siyasətidir. Prezident Tramp öz komandasına münaqişəni istənilən vasitə ilə dayandırmağı tapşırıb.
//Gülnarə Abasova, Editor.az