Bakı. Trend:
“Bakı Marafonu 2025”ə qeydiyyat başa çatıb. Mayın 4-də HeydərƏliyev Fondunun təşəbbüsü ilə keçiriləcək marafona 27 min iştirakçıqeydiyyatdan keçib. Bu, ötənilki marafonlarla müqayisədə ən yüksəkiştirakçı sayıdır.
“Küləyə qalib gəl”ənlər sırasında Azərbaycan vətəndaşları iləyanaşı, digər ölkələrdən qoşulanlar da olacaq. Yürüşdə fizikiimkanları məhdud şəxslər, Daun sindromlu uşaqlar da iştirakedəcək.
Start və finiş nöqtələri Dövlət Bayrağı Meydanı olan marafonunmarşrutu Dənizkənarı Bulvar, o cümlədən paytaxtın mərkəzi küçə vəprospektləri olmaqla, ümumilikdə 21 km məsafəni əhatə edəcək.
Marafon iştirakçıları qaçış zolağında kişi və qadınkateqoriyalarında ilk 3 yer uğrunda mübarizə aparacaqlar. Bununlayanaşı, finişə çatan ilk 2000 iştirakçıya medallar, bütün marafoniştirakçılarına və yarışın təşkilində dəstək göstərən könüllülərəisə sertifikatlar təqdim olunacaq.
Marafon iştirakçıları, şəhər sakinləri və qonaqlar üçün DövlətBayrağı Meydanında və marşrut üzrə müxtəlif ünvanlarda əyləncəzonası da yaradılacaq. Burada əyləncə proqramları, yarışlar, idmantədbirləri keçiriləcək.