AZ

“Real Madrid”in əsas müdafiəçisi üçün mövsüm vaxtından əvvəl başa çatıb

Bakı, 29 aprel, AZƏRTAC

İspaniyanın "Real Madrid” komandasının futbolçusu Antonio Rüdiger zədə səbəbindən mövsümün qalan matçlarında oynamayacaq.

AZƏRTAC klubun rəsmi saytına istinadən xəbər verir ki, İspaniya Kral Kubokunda “Barselona” ilə final oyununda (2:3) zədələnən almaniyalı müdafiəçi dizindən əməliyyat olunub.

Onun təqribən 6-8 həftə yaşıl meydanlardan kənarda qalacağı gözlənilir. Bu isə o deməkdir ki, təcrübəli oyunçu üçün mövsüm vaxtından əvvəl başa çatıb.

Qeyd edək ki, Antonio Rüdiger bu mövsüm "Real Madrid"in heyətində 49 matçda iştirak edib.

Seçilən
0
1
azertag.az

2Mənbələr