AZ

Mask Trampa görə 113 milyard dollar İTİRDİ - KİV

Ajans.az xəbər verir ki, SpaceX və Neuralink, eləcə də süni intellekt startapı XAI əvvəllər xaricdən külli miqdarda maliyyə almışdı. Bundan əlavə, Maskın borcunun dəyəri o, “Twitter”i özəl “X” şirkətinə çevirəndə kəskin şəkildə artıb. Bu fonda “Tesla Inc.” Maskın yeganə açıq şirkətidir və onun sərvətinin əsas mənbəyidir. İctimai narazılığın ən ağır yükünü məhz o çəkib. Trampın inauqurasiyasından sonra Tesla səhmləri, eləcə də avtomobillərinin satışları kəskin şəkildə aşağı düşüb. “Bloomberg Billionaires Index”in məlumatına görə, Maskın şəxsi sərvəti Trampla ittifaqı sayəsində 113 milyard dollar azalıb. Tesla daha əvvəl Tramp administrasiyasına müraciət edərək, “tarif müharibələri”nin mənfi nəticələrini qeyd etmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Seçilən
2
Ajans.az

1Mənbələr