AZ

“Real” baş məşqçi postuna Xabi Alonsonu gətirib

İspaniyanın "Real Madrid" klubu baş məşqçi postuna Xabi Alonsonu gətirəcək.

Missiya.Az xəbər verir ki, bu barədə İspaniyanın “AS” qəzeti məlumat yayıb.

Bildirilib ki, hazırda “Leverkusen”də baş məşqçilik edən Alonso klubunun ona təklif etdiyi yeni müqaviləni rədd edib və Madrid təmsilçisi ilə razılığa gəlib.

"Real Madrid"in Prezidenti Florentino Peresin Xabi Alonsoya böyük etibar etdiyi və onun ulduzlarla dolu soyunub-geyinmə otağını idarə etmək bacarığına inandığı vurğulanıb.

Qeyd edək ki, “Real”ın hazırkı baş məşqçisi italiyalı mütəxəssis Karlo Ancolottidir.

Daşqın HəsənovMissiya.Az

Seçilən
1
missiya.az

1Mənbələr