AZ

"Real" Kurtua ilə bağlı qərar verdi: Yaşı 30-dan yuxarı olsa da...

"Real" qapıçısı Tibo Kurtua ilə yaxın vaxtlarda yeni müqavilə imzalayacaq.

Publika.az xəbər verir ki, bu barədə "Relevo" məlumat yayıb.

Mənbənin sözlərinə görə, belçikalı futbolçunun yeni sözləşməsi 2028-ci ilin yayına kimi qüvvədə olacaq. Rəhbərlik 32 yaşlı qapıçı ilə bağlı klubun 30 yaşdan yuxarı futbolçularla müqaviləni bir mövsümlük uzatma qaydasını istisna edəcək.

Kurtua 2018-ci ilin avqust ayından "Real"da çıxış edir. Bu mövsüm o, bütün turnirlərdə 43 oyun keçirib, 48 qol buraxıb və 14 oyunda qapısını "toxunulmaz" saxlayıb. Onun Madrid klubu il' müqaviləsi 2026-cı ilin yayında başa çatır.

Seçilən
2
publika.az

1Mənbələr