Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, dünyanın ən böyük nüvə dövlətləri olan Rusiya və ABŞ dünyada sabitliyi təmin etmək üçün əməkdaşlıq etməyə məcburdur.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
“İki ən böyük nüvə ölkəsi - Rusiya Federasiyası və ABŞ əməkdaşlığa məhkumdurlar, əks halda dünya özünü tamamilə qeyri-sabit hiss edəcək”, - deyə siyasətçi qeyd edib.
Medvedev vurğulayıb ki, Avropa İttifaqı sürətlə tənəzzülə uğramaqdadır və onun yaxın gələcəkdə beynəlxalq arenada müstəqil mövcudluğunu davam etdirməsi mümkün görünmür.