Pakistan 2025-ci ilin sonuna qədər 4 yerə parçalanacaq və bu adda ölkə olmayacaq.
Ölkə.Az xəbər verir ki, belə bir iddia ilə Hindistanın hakim Bharatiya Janata Partiyasının (BJP) parlament üzvü Nişikant Dubey NDTV-yə müsahibəsində Hindistanla Pakistan arasındakı son böhranı şərh edərkən deyib.
Pakistanın bu il dörd ayrı bölgəyə bölünəcəyini iddia edən Dubey bildirib ki, Kəşmir geri alınacaq.
O həmçinin əlavə edib ki, Pakistan müxtəlif ölkələrə, Bəlucistan, Pəncab və Puştunistana bölünəcək. ”Pakistanın bölünməsi planı bu ilin sonuna qədər baş tutmasa, BJP-nin yalan vədlər verməkdə günahlandırıla biləcək. Hindistanın baş naziri Narendra Modinin vədidir və ona görə də, o bu planın həyata keçməsini təmin edəcək", - hindistanlı deputat deyib.
Mürtəza
Ölkə.Az