Bakanov qeyd edib ki, Rusiya Venera, Ay və Marsın öyrənilməsi sahəsində unikal elmi məktəblərə sahibdir və bu sahədəki texnoloji nailiyyətlər BRİKS ölkələri üçün beynəlxalq proqramların əsası ola bilər.
O həmçinin vurğulayıb ki, Çin, Hindistan və BƏƏ-nin kosmik aparatları artıq Marsa çatıb və bu ölkələrin Ayın tədqiqi sahəsində də təcrübəsi var. Bakanov gələcəkdə belə proqramların sayının artacağına və birgə əməkdaşlığın həm elmi baxımdan daha səmərəli, həm də milli büdcələr üçün daha qənaətli olacağına ümid etdiyini bildirib.
Bununla yanaşı, o, kosmos və əlaqəli sahələrdə kadr potensialının hazırlanması və tələbə proqramlarının inkişafı istiqamətində əməkdaşlığa çağırış edib. Hazırda Rusiya universitetlərində BRİKS ölkələrindən 85 mindən çox tələbə təhsil alır və onların yarıdan çoxu Çin və Hindistandandır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31