AZ

İCESCO Qərbi Azərbaycan İcmasının beynəlxalq hüquqa əsaslanan sülhsevər yanaşmasını alqışlayıb (FOTO)

Bakı. Trend:

İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İCESCO)Baş direktoru Salim bin Məhəmməd əl-Maliki 2025-ci il aprelin 29-daQərbi Azərbaycan İcmasını ziyarət edib.

Trend xəbərverir ki, Baş direktorun İcmanın İdarə Heyətinin sədri ƏzizƏləkbərov, Müşahidə Şurasının sədri Misir Mərdanov və icmanınrəhbərliyində təmsil olunan digər şəxslərlə keçirdiyi görüşdəmədəni irsin qorunması, təhsil və elmi araşdırmalar vasitəsiləİslam irsi üzrə həqiqətlərin üzə çıxarılması və mədəniyyətlərarasıdialoq məsələləri üzrə fikir mübadiləsi aparılıb.

İcma nümayəndələri azərbaycanlıların indiki Ermənistanərazisindən etnik təmizləməyə məruz qalması nəticəsində onlarınəsas hüquqlarının, o cümlədən, mədəni və təhsil hüquqlarınınpozulması, oradakı Azərbaycan mədəni irsinin məhv edilməsi barədəİCESCO rəhbərinə məlumat verib, İslam Əməkdaşlıq Təşkilatının2024-cü il Banjul zirvə görüşünün qərarlarına və İCESCO-nunmandatına uyğun olaraq təşkilatın bu məsələlər üzrə səylərinə ümidbəslədiklərini bildirib.

İCESCO rəhbərliyi Azərbaycandakı etnik və dini müxtəlifliyi,tolerant mühiti, Azərbaycanın mədəniyyətlərarası dialoqa vəİCESCO-nun fəaliyyətinə verdiyi töhfələri təqdir edib, QərbiAzərbaycan İcmasının beynəlxalq hüquqa əsaslanan sülhsevəryanaşmasını alqışlayıb və İslam irsi üzrə həqiqətlərin üzəçıxarılmasının və mədəni irsin qorunmasının sülh və anlaşma üçünəhəmiyyətini vurğulayıb.

Görüşdə qarşılıqlı maraq kəsb edən məsələlər üzrə praktikəməkdaşlıq istiqamətləri nəzərdən keçirilib.

İCESCO
İCESCO
İCESCO
Seçilən
1
8
az.trend.az

10Mənbələr