Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini, general-leytenant Yaroslav Moskalyk bildirib ki, Moskva yaxınlığındakı Balaşixada baş verən partlayışı Ukrayna xüsusi xidmət orqanları təşkil edib.
Hafta.az xəbər verir ki, bunu “Ukrainskaya pravda”ya müsahibəsində Ukrayna Ali Radasının Milli Təhlükəsizlik üzrə parlament komitəsinin katibi Roman Kostenko deyib.
"Mən razıyam. Bu, bizim xüsusi xidmət orqanlarının düzgün işidir. Məncə hamı başa düşməlidir: müharibə yaxın gələcəkdə bitsə belə, xüsusi xidmət orqanlarının fəaliyyəti yalnız başlayacaq", - Kostenko vurğulayıb.
O, həmçinin qeyd edib ki, ləğvetmə əməliyyatları Ukraynada dinc əhaliyə atəş açan, Ukraynanın dinc şəhərlərinə raketlər atan və ya müvafiq qərarlar qəbul edib, əmr verənlərin hamısına aid olacaq.
Xatırladaq ki, aprelin 25-də səhər saatlarında Moskva vilayətinin Balaşixa şəhərinin Aviatorov mikrorayonunda “Volkswagen Golf” markalı avtomobil yaşayış binasının yaxınlığında dayanarkən partlayıb. Partlayış Moskalik yola düşmək istəyərkən baş verib. Partlayıcı qurğu uzaqdan idarəetmə vasitəsi ilə işə salınıb. General hadisə yerində dünyasını dəyişib.
Hadisədən az sonra Rusiya Federal Təhlükəsizlik Xidməti şübhəlinin həbs edildiyini açıqlayıb. Məlum olub ki, o, “FSB”-nin “Ukrayna xüsusi xidmət orqanlarının agenti” adlandırdığı 42 yaşlı İqnat Kuzin törədib. Onun Ukraynada yaşamaq icazəsinin olduğu bildirilir. İddiaya görə, o, əvvəlcədən avtomobili alıb və içinə əl işi partlayıcı qurğu yerləşdirib. Həmin qurğunun komponentləri isə Ukraynanın xüsusi xidmət orqanları tərəfindən Moskva ətrafında yaradılmış gizli anbarlardan əldə edilib. 27 aprel tarixində Moskva Basman Məhkəməsi Kuzini terror aktı ittihamı ilə həbs edib.
Ertəsi gün isə Ukrayna prezidenti Vladimir Zelenski Moskalikin adını çəkmədən Ukrayna kəşfiyyatını Rusiya Silahlı Qüvvələrinin yüksək rütbəli nümayəndələrinin məhv edilməsi ilə bağlı tərifləyib. “Ədalət mütləq zəfər çalacaq”, — deyə o bəyan edib.
General-leytenant Yaroslav Moskalik 40 ilə yaxın orduda xidmət edib. 2015-ci ildə o, Normandiya formatı çərçivəsində Ukrayna ilə danışıqlarda iştirak edib, həmçinin Suriyadakı hərbi əməliyyatla 42 yaşlı İqnat Kuzin bağlı məsələlər üzrə sözçüsü olub.
Ölümü zamanı Moskalik Rusiya ordusunda hərbi əməliyyatların planlaşdırılması və əlaqələndirilməsinə cavabdeh olan Baş Qərargahın Baş Əməliyyat İdarəsində ən mühüm vəzifələrdən birini tutub.