AZ

Köç karvanı Ağdam rayonunun Sarıcalı kəndinə çatıb (FOTO)

Ağdam. Trend:

Aprelin 29-da doğma yurduna yola salınan köç karvanı Ağdamrayonunun Sarıcalı kəndinə çatıb.

Trend xəbərverir ki, bu mərhələdə köçürülən 169 nəfərdən ibarət 39 ailəyə yenitikilmiş fərdi yaşayış evlərinin açarları təqdim edilib.

Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında AzərbaycanRespublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların vəMəcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələriiştirak ediblər.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, oraköçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılanlayihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlətqurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinəyetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət,turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40mindən çox insan yaşayır.

Köç
Köç
Köç
Köç
Köç
Məqalədə:
Seçilən
5
33
az.trend.az

10Mənbələr