AZ

Qalant: Fürsətdən istifadə edilməli, İran vurulmalıdır

BAKI, 29 aprel. TELEQRAF

Fürsətdən istifadə olunmalı və İrana zərbə endirilməlidir.

Teleqraf xəbər verir ki, bunu İsrailin keçmiş müdafiə naziri Yoav Qalant deyib.

Sabiq nazir İsrailin ötən ilki hava zərbələrindən sonra İranın müdafiəsinin zəiflədiyini qeyd edib:

“İran hələ də (bu zərbələrdən sonra) S-300 hava hücumundan müdafiə sistemləri və digər obyektlərinin necə məhv edildiyini dəqiq bilmir. Tehran bilir ki, İsrail İrandakı bütün obyektləri hədəfə ala bilər”.

İrana qarşı hərbi əməliyyatların aylar, hətta bir il çəkə biləcəyini söyləyən Qalant əlavə edib:

“İsrail İrana təkbaşına zərbələr endirə bilər. Amma İranın bütün imkanlarını məhv etmək üçün bunu ABŞ ilə birlikdə etmək daha məqsədəuyğun olardı”.

Seçilən
1
1
teleqraf.com

2Mənbələr