Rusiyanın yaz hücumu tam sürətlə davam edir və daha da sürətlənə bilər.
Çünki isti havalar torpağı sərtləşdirir və ağaclardakı yarpaqlar Ukrayna pilotsuz təyyarələrinin görmə qabiliyyətini azaldır.
“The Wall Street Journal” yazır ki, ərazidəki ukraynalı əsgərlər və Ukrayna qüvvələri yazda Ukraynanın şərqində cəbhə xəttini sabitləşdirməyə nail olub. Bununla belə, sual ondan ibarətdir ki, Ukrayna yayda, adətən döyüşlərin şiddətləndiyi bir vaxtda xətti saxlamağa davam edə bilərmi? Analitiklər və Ukrayna rəsmiləri deyirlər ki, rusların yeni yaz hücumları onlara az ərazi və böyük itkilər gətirib.
Lakin havalar istiləşdikcə Kiyev üçün şərtlər daha da çətinləşəcək. Pokrovsk bölgəsində döyüşən zabitlərdən biri “Biz hazırkı stabilləşmənin uzun sürəcəyini gözləmirik” -deyib. – “Biz düşmənin hücumunu qırdıq, lakin bilirik ki, o, yenidən qruplaşır və hücumunun növbəti mərhələsinə hazırlaşır.”
//Samir Qurbanov, Editor.az