Ötən gecə Gürcüstan və Ermənistanın sərhəd kəndlərinin sakinləri sərhəd zonasında baş vermiş zəlzələnin əks-sədasını hiss ediblər.
Editor.az bildirir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Seysmik Mühafizə Xidməti xəbər verir. Yeraltı təkanlar aprelin 29-u saat 03:40 radələrində qeydə alınıb, onların maqnitudası yaşayış məntəqələrində 3,3 olub. Episentrdə, Bavra kəndindən 8 km şimal-qərbdə, 10 km dərinlikdə isə 4-5 bala çatıb.
Zəlzələnin afterşokları da kifayət qədər nəzərə çarpan olub – onlar sərhədyanı Bavra, Kazançı, Saraqyux və Mets Sepasar kəndlərinin sakinlərini yuxudan oyatıblar, – xidmət əlavə edib.
//Samir Qurbanov, Editor.az