AZ

ABŞ 60 milyon dollarlıq F-18-i itirdi – Husilərin əli var?

Qırmızı dənizdə husilərlə qarşıdurmanın mərkəzində olan “USS Harry S. Truman” təyyarə gəmisinə məxsus 60 milyon dollar dəyərində F-18 qırıcısı dənizə düşüb.

Publika.az xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələri bəyanat yayıb.

Məlumata görə, uzunluğu təqribən 335 metr olan təyyarə dənizə düşdükdən sonra itib. Təyyarədəki bütün personalın sağ olduğu və bir dənizçinin yüngül xəsarət aldığı qeyd olunub.

Ekspertlər təyyarə gəmisinin kəskin manevr edərkən qəzaya uğradığını bildirir. Lakin Yəməndəki husilər dünən Qırmızı dənizdə ABŞ ordusuna məxsus təyyarə gəmisinə pilotsuz təyyarə və raket hücumu həyata keçirdiklərini iddia ediblər.

Seçilən
2
publika.az

1Mənbələr