Rus supermodel İrina Şeyk "Vogue" jurnalının fransız versiyası üçün şalvarsız poza verib.
Publika.az xəbər verir ki, fotolar jurnalın "İnstagram" səhifəsində dərc edilib.
39 yaşlı model tam boyda leopard naxışlı və dərin dekolteli bədən kostyumunda çəkilib. Məşhur eyni zamanda şəffaf qara tayt və laklı dikdaban ayaqqabılar geyinib. O, hamar saçlarını və təbii tonlu makiyajını da nümayiş etdirib.
Fotonun müəllifi italyan fotoqraf Mario Sorrentidir.