Bakı. Trend:
Qərbi Azərbaycan İcmasında indiki Ermənistan ərazisindənqovulmuş 300 minə yaxın əhali birləşir.
Trend xəbərverir ki, bunu Qərbi Azərbaycan İcmasının sədri Əziz ƏləkbərliICESCO-nun baş direktoru Səlim Əl Malikin rəhbərliyi ilə görüşdədeyib.
"Bugünkü görüşün mahiyyəti ondan ibarətdir ki, bizimata-babalarımız o ərazilərdə böyük mədəni irs yaradıblar.
Bu irs təkcə müsəlmanların deyil, həm də dünya mədəni irsidir.Biz dünya ictimaiyyətinə həmin irs haqqında məlumat verməyi,onların bərpa olunmasının, dağıdılmasının qarşısının alınması iləbağlı çıxışlar edirik.
İstərdik ki, ICESCO Qərbi Azərbaycanda olan abidələrinqorunmasına öz töhfəsini versin. Biz bu barədə UNESCO-ya da müracətetdik. Amma təəssüf ki, Ermənistan həmin yerlərdə olan abidələrinmonitorinqinə icazə vermədi", - deyə o əlavə edib.